DİN: Xalq şairinin oğlu öldürülüb

Üç nəfərin saxlanıldığı bildirilib

Source:


Üç nəfərin saxlanıldığı bildirilib

Martın 12-də paytaxtda meyiti tapılan Yalçın Fikrət oğlu Qocayevin 3 nəfər tərəfindən döyülərək öldürüldüyü məlum olub.

Yalçın Qarayev Azərbaycan Yazıçılar Birliyinin katibi, xalq şairi Fikrət Qocanın oğludur.

Daxili İşlər Nazirliyinin yaydığı məlumata əsasən, martın 11-də saat 2 radələrində Vətən Müharibəsi Veteranlar Birliyinin Nəsimi rayonu M.Cəlal küçəsində yerləşən rayon şöbəsinin inzibati binasında Ruslan adlı şəxs oranın üzvü, Bakı şəhər sakini Yalçın Qocayevə baş nahiyəsindən küt alətlə xəsarət yetirib. Y.Qocayev hadisə yerində ölüb.

APA olayla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıldığını yazır.

Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində Y.Qocayevin tanışları – Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Ruslan Məmmədov, Sabirabad rayon sakini Elnur Nəhmədov, Bakı şəhər sakini Pərviz Hüseynovla aralarında baş verən mübahisə zəminində E.Nəhmədov tərəfindən döyülərək öldürülməsi müəyyən edilib.

Məlumatda hər 3 şəxsin saxlanıldığı qeyd edilib.

Yalçın Fikrət oğlu Qocayev 1963-cü ildə Bakıda doğulub, ailəlidir.

Ana səhifəXəbərlərDİN: Xalq şairinin oğlu öldürülüb