DİN: Maştağada 52 yaşlı kişi arvadını qətlə yetirib, ardınca özü intihar edib

Foto: Meydan TV

 Hadisənin mübahisə zəminində baş verdiyi deyilir

Bakının Sabunçu rayonu, Maştağa qəsəbəsində ərin arvadını öldürüb, daha sonra özünün də intihar etdiyi bildirilir. Hadisə dekabrın 29-da axşam saat 21 radələrində baş verib. Bu barədə Baş Prokurorluq və Daxili İşlər Nazirliyi birgə məlumat yayıb.

Maştağa sakini, 1970-ci il təvəllüdlü Elxan Ələsgərovun həyat yoldaşı, 1977-ci il təvəllüdlü Mahidə Əsədovanı mübahisə zəminində kəsici alətlə qətlə yetirdiyi, daha sonra eyni vasitə ilə özünü öldürdüyü bildirilir.

“Dərhal prokurorluq və polis əməkdaşları tərəfindən ekspert-kriminalistin iştirakı ilə hadisə yerinə və meyitlərə baxış keçirilib, digər zəruri hərəkətlər aparılıb. Faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanıb. Hazırda cinayət işi üzrə ibtidai istintaq davam etdirilir”, – hüquq-mühafizə orqanlarının rəsmi məlumatında bildirilir.

Ana səhifəXəbərlərDİN: Maştağada 52 yaşlı kişi arvadını qətlə yetirib, ardınca özü intihar edib