DİN: “Əli və Nino”nu qarət etməkdə şübhəli bilinənlər saxlanılıb

“Məni narahat edən azyaşlı olmalarıdır”.

Source:


Onların azyaşlı olduğu bildirilir

Fevralın 15-də “Əli və Nino” kitab mağazaları şəbəkəsinin Fəvvarələr Meydanındakı filialını qarət etməkdə şübhəli bilinənlər saxlanılıb.

Onlar 8, 11 və 14 yaşlarında 3 nəfər olub.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) rəsmisi Elşad Hacıyev Meydan TV-yə danışıb.

Elşad Hacıyev azyaşlı olduqları üçün onların adları və şəkillərinin yayılmayacağını deyib: “Tərbiyəvi söhbət aparılacaq, sonra qanunun tələb etdiyi şəkildə addım atılacaq”.

Mağazanın sahibi Nigar Köçərli DİN-in məlumatından xəbərsiz olduğunu söyləyib:

“Məni narahat edən azyaşlı olmalarıdır. Çünki Nizami küçəsində olan filialından oğurluq edənlərin də azyaşlı olduğunu bildirib sərbəst buraxırdılar. İndi də həmin mənzərə təkrarlanırsa, təəssüf”.

İki gün əvvəl Əli və Nino” kitab mağazaları şəbəkəsinin Fəvvarələr Meydanındakı filialı qarət

olunub

.

Mağazanın sahibi N.Köçərli işçilərin maaşlarının, 600 manat dəyərində olan telefonun oğurlandığını bildirmişdi.

Ana səhifəSosialDİN: “Əli və Nino”nu qarət etməkdə şübhəli bilinənlər saxlanılıb