Rafiq Abbasov Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə İdarəsinə, Mirqafar Seyidov isə paytaxt polisinə təyin edilib
Daxili işlər naziri Ramil Usubovun əmri ilə Bakı şəhər Baş Polis İdarəsinin rəisi, general-mayor Rafiq Abbasovu vəzifəsindən azad edilib.
Məlumat “Qafqazinfo”ya DİN-dən daxil olub. Bildirildiyinə görə, nazirin digər əmri ilə R. Abbasov DIN-in Kadrlar Idarəsinin rəisi vəzifəsinə təyinat alıb.
Quba Rayon Polis Idarəsinin rəisi Seyfulla Əzimov isə tutduğu vəzifədən azad edilərək, Baş Mütəşəkkil Cinayətkarlığa Qarşı Mübarizə Idarəsinin rəisi təyin olunub.
R. Usubov Bakı polisinin yeni rəisi vəzifəsinə MCQMİ-nin rəisi general-mayor Mirqafar Seyidov təyin edib.
Rafiq Abbasov Milli Məclisin vitse-spikeri Ziyafət Əsgərovun bacanağıdır.