Dərs buraxan şagirdlərin valideynləri cərimələnməyəcək

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etdi

Source:

Milli Məclis İnzibati Xətalar Məcəlləsinə dəyişiklik etdi

Orta təhsil müəssisələrində təhsil alan və bir ay ərzində 7 gündən çox dərs buraxan şagirdlərin valideynləri artıq cərimələnməyəcək.

“Report”un xəbərinə görə,  Milli Məclisin bugünkü  plenar iclasında İnzibati Xətalar Məcəlləsinin 189.2-ci maddəsi ləğv olunub.

Sözügedən maddə valideynlər və ya onları əvəz edən şəxslərin 100 manat məbləğində cərimə edilməsini nəzərdə tuturdu.

Ana səhifəXəbərlərDərs buraxan şagirdlərin valideynləri cərimələnməyəcək