Dərmanların qiyməti 34 faiz balahanıb

Rövşən Ağayev: ”Qeyri-ərzaq malları içərisində bahalanmanın lideri məhz dərman vasitələridir”

Source:


Rövşən Ağayev: ”Qeyri-ərzaq malları içərisində bahalanmanın lideri məhz dərman vasitələridir”

“2016-cı ilin yanvar-iyul aylarında dərmanların qiyməti 34 faiz, tibbi təyinatlı digər məhsulların qiyməti isə 24 faiz bahalanıb”.

Bu haqda iqtisadçı Rövşən Ağayev Dövlət Statistika Komitəsinin açıqladığı rəqəmlərə istinadən yazıb.

“Rəsmilərin apardığı təbliğat budur ki, dərman preparatlarının qiymətinin dövlət tərəfindən tənzimlənməsi nəticəsində qiymətlərdə kəskin ucuzlaşma var. Ayrı-ayrı dərmanların qiymətində ucuzlaşma ola bilər. Amma rəsmi statistikanın məlumatına görə, ərzaq və qeyri-ərzaq malları içərisində bahalanmanın lideri məhz dərman vasitələridir”,- deyə Rövşən Ağayev bildirib.

O, qeyd edib ki, tibbi sığorta sistemi çalışmadığından müalicə və sağlamlığın qorunması ilə bağlı xərclərin real səviyyəsi ailə büdcəsindən kifayət qədər yüksəkdir.

Ana səhifəXəbərlərDərmanların qiyməti 34 faiz balahanıb