Sahib Ələkbərov: “Bu, Gömrük Komitəsinə aid olan məsələdir”
Azərbaycana idxal edilən dərman vasitələrinin ƏDV-dən azad edilməsi mümkündür. “Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında vergilər nazirinin müavini Sahib Ələkbərov deyib.
S.Ələkbərovun sözlərinə görə, bu, Gömrük Komitəsinə aid olan məsələdir: “Bu, yanvarın 1-dən etibarən Dövlət Gömrük Komitəsinin səlahiyyətinə verilib. Hesab edirəm ki, bu, mümkündür və artıq parlamentdə də müzakirələr gedir. Əgər qəbul edilsə, büdcədə onu kompensasiya etməyə imkanımız var”.