Deputatın borca görə vəsiqəsini girov qoyduğu bildirilir

Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib.

Source: google.az


Rafael Cəbrayılov 300 min dollar borca görə məhkəməyə verilib

Milli Məclisin üzvü Rafael Cəbrayılovun 300 min dollar borc götürüb, vaxtında qaytara bilmədiyi üçün zəmanət kimi III və IV çağırış Azərbaycan Respublikası Milli Məclisinin Deputatının vəsiqəsinin əslini girov qoyduğu bildirilir.


“Report”

saytının məlumatına görə, deputat ev tikmək üçün 300 min ABŞ dolları məbləğində borcu notariat qaydasında 2015-ci il sentyabrın 9-da təsdiq edib. Məlumata görə, ona borc verən şəxs Fətəliyeva Təranə Rasim qızı ilə deputat ailəvi yaxın münasibətlərdə olub.

Borcun qaytarılmadığını görən Təranə Fətəliyeva Abşeron Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə iddiaçının xeyrinə 15 fevral 2019-cu ildə qiyabi qətnamə qəbul edib.

Cavabdeh şəxs, Rəfael Cəbrayılov məhkəmənin qərarı ilə razılaşmayaraq, apelyasiya şikayəti verib. Apelyasiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını qüvvədə saxlayıb.

Ana səhifəSiyasətDeputatın borca görə vəsiqəsini girov qoyduğu bildirilir