Deputata görə 50 ağac kəsilib?


13 martdan başlayaraq Yasamal rayonu Mirəli Seyidov küçəsində 50 ağac kəsilib. Sakinlər ağacları kimin kəsdiyini bilmirlər. Çünki bu iş gecə saatlarında görülür.

Sakinlərə deyilib ki, ərazidə Kamilə Əliyeva adlı şəxs ofis tikəcək. Onlar şübhələnirlər ki, bu deputat Kamilə Əliyevadır.

Bina sakini Qafqar Çaxmaqlı : “Bizə dedilər ki, o, səlahiyyətli şəxsdir. Təbii, buranı ancaq milyonlara sahib olan şəxs ala bilər.

Sakinlər deyirlər ki, bu ağacları Sovet dövründə Heydər Əliyev əraziyə əkib. Hadisənin şahidləri də var.

Bir müddətdən sonra əraziyə gələn maşın tikinti materiallarını buradan daşıdı. Sakinlər bunu qələbələri hesab edirlər. Bundan sonra ərazidə neçə ağacın kəsiləcəyini bilmək üçün uşaqlar ağacları nömrələyiblər.

Deputat Kamilə Əliyeva ilə danışmaq istəsək də özünü onun həyat yoldaşı kimi təqdim edən şəxs həmin ərazinin deputata məxsus olmadığını bildirdib. “Kamilə Əliyeva Yasamal rayonundan deputat seçilməyib ki, orada ofis tiksin”-deyə şəxs bildirib.

Sakinlər isə istənilən halda ərazidə tikintiyə icazə verməyəcəklərini deyirlər.

Ana səhifəVideoDeputata görə 50 ağac kəsilib?