Deputat: ”Sənədsiz ev problem qalmayacaq”

“2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək”

Source:


“2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək”

“Sənədsiz evlərlə bağlı problem həll olunmaq üzrədir”, – Parlamentin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a belə deyib.

“2013-cü ilə qədər olan evlərin torpaq sənədi varsa, onların hamısı rəsmiləşdiriləcək”, deyən deputat bildirib ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunda edilən dəyişikliklərə əsasən bu sahədə heç bir problem olmayacaq. Sadəcə, vətəndaşlar lazımı addımları atmalıdırlar.

“Prezidentin parlamentə göndərdiyi dəyişiklik nəzərə alınaraq bu edildi. Ona görə də kimlərin ki, sənədləri yerindədir, onlar rahat şəkildə sənəd ala biləcək. 2013-cü ilə qədər məsələ faktiki olaraq öz həllini tapıb. Artıq, bundan sonra iş vətəndaşların üzərinə düşür ki, bütün məsələləri qaydaya salıb evlərini sənədləşdirsinlər”, deputat qeyd edib.

Bakı şəhəri ərazisində 500 minə yaxın sənədsiz evin olduğu bildirilir. Hələ, 2010-cu ildə Bakı və ətraf qəsəbələrin inkişafına dair ikinci dövlət proqramının təqdimatı keçiriləndə ölkə başçısı qeydiyyatsız evlərin sənədləşdirilməsi ilə bağlı Bakı şəhər İcra Hakimiyyətinə tapşırıq vermişdi.

Üstəlik, prezident 2012-ci ilin iyununda bununla bağlı sərəncam imzalayıb. 2015-ci il yanvarında isə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanun qüvvəyə minənədək əldə edilən və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin siyahısı”nın təsdiq edilməsi barədə fərman verilib.

Bəzi ekspertlər hesab edirlər ki, illərlə bu haqda danışılsa da, hələ bu sahədə müsbət dönüş əldə edilməyib. Onlar hesab edirlər ki, rüşvət hallar elə əsasən sənədlərin toplanılması prosesində baş verir.

Ana səhifəXəbərlərDeputat: ”Sənədsiz ev problem qalmayacaq”