O, bir neçə gün komada qalıb, həyatını xilas etmək mümkün olmayıb
Sentyabrın 28-də Milli Məclisin deputatı Qənirə Paşayeva vəfat edib. Məlumatı ailəsi yayıb.
Deputat sentyabrın 24-dən Mərkəzi Klinik Xəstəxanada komadaydı.
Qənirə Paşayeva 1975-ci ildə Tovuz rayonunda anadan olub.
O, Azərbaycan Dövlət Tibb Universitetinin pediatriya fakültəsini və Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsini bitirib.
1998-ci ildən ANS televiziyasında müxbir və “Xəbərlər” redaksiyasının baş redaktorunun müavini vəzifələrində çalışan Q.Paşayeva 2005-ci ildə Heydər Əliyev Fondunun İctimaiyyətlə əlaqələr departamentinin rəhbəri olub.
Qənirə Paşayeva Milli Məclisin 3,4,5 və 6-cı çağırış üzrə deputatı idi.