Deputat oğlunun vəzifəsi böyüdüldü

Dövlət Yol Polisi İdarəsinin yeni rəis müavini Elşad Məmmədovdur

Source:


Dövlət Yol Polisi İdarəsinin yeni rəis müavini Elşad Məmmədovdur

Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin yeni rəis müavini təyin edilib. Bu barədə daxili işlər naziri, general-polkovnik Ramil Usubov müvafiq əmr imzalayıb. Əmrə əsasən, polkovnik-leytenant Elşad Məmmədov Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsinə təyinat alıb.

Bir neçə gün əvvəl Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin rəis müavini Qəhrəman Qələndərov tutduğu vəzifədən azad edilərək Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinə rəis təyin edilib.

Elşad Məmmədov deputat, Xocalı rayonun sabiq icra başçısı Elman Məmmədovun oğludur. Buna qədər o, Yasamal rayon Polis İdarəsinin Yol Polisi Bölməsinin rəisi olub (APA).

Ana səhifəXəbərlərDeputat oğlunun vəzifəsi böyüdüldü