Deputat: Görünür Seymur Həzinin Avropada day-dayı yoxdu

Aqil Abbas: “Mehman Hüseynovu o vəziyyətə salmaqda kimlərsə maraqlı olub”

Source:
Aqil Abbas
Aqil Abbas
Aqil Abbas
Aqil Abbas

Aqil Abbas: “Mehman Hüseynovu o vəziyyətə salmaqda kimlərsə maraqlı olub”

“Şəxsən mən çox istəyərdim ki, Seymur Həzi də azadlığa buraxılsın. Amma mənlik deyil. Buraxılmır. O da jurnalistdir, çox yaxşı da jurnalistdir. Küçədən keçən kimləsə qovğa ediblər, adama bir su butulkası atmaqla o qədər iş veriblər. İstərdim onun cəzası da yüngülləşsin”.

Deputat, keçmiş jurnalist Aqil Abbas Azadlıq Radiosuna müsahibəsində belə deyib. O, bloger Mehman Hüseynov haqqında açılmış cinayət işinin icraatına xitam verilməsinə münasibət bildirib. Deputat deyib ki, parlament prezidentin tövsiyəsi ilə Cinayət Məcəlləsinə düzəlişlər və əlavələr edib. O dəyişikliklərə görə, hər kəsə həbs sanksiyası verilməməlidir, yüngülləşdirici hallar nəzərə alınmalıdır. Mehman Hüseynovla bağlı hadisədə də prezident baş prokurora tövsiyə edib ki, araşdırsın, görsün, ağır hadisə deyilsə, həmin maddə orda da tətbiq edilsin.

Bütün bunların niyə prezidentin müdaxiləsindən sonra baş verdiyinə gəlincə, Aqil Abbas hesab edib ki, bu, blogerin və hüquq müdafiəçilərinin ölkə rəhbərliyinə müraciətinə görədir.

“Cinayət Məcəlləsindəki yüngülləşdirici amillər niyə Seymur Həziyə də tətbiq edilmir,” – sualına Aqil Abbas belə cavab verib:

“Mən istəyirəm belə olsun. Özü də ona o vaxt 5 il iş verilib, deyəsən. O cəza bəlkə də düşmür ora. Mənim əlimdə onun maddələri yoxdur. Yəni, hansı maddəylə tövsif olunur və hansı maddələrə də yüngülləşdirici cəza tövsiyə olunur, o əlimdə deyil, bilmirəm. Amma mən istərəm Qarabağ döyüşçüsü var (Babək Həsənovu nəzərdə tutur – red), hansısa hərəkətinə görə həbs olunub… Bu, Qarabağ döyüşçüsüdür, Qarabağ əlilidir, buna güzəşt etmək olar…

…Və bir şeyi də deyim, görünür, Seymur Həzinin Avropada day-dayı yoxdur”.

Deputat fikirlərini daha sonra belə əsaslandırıb:

“Adi bir şeyi Avropa Parlamenti dərhal müzakirəyə çıxardı, «adə, qoyma gəldi». Xarici nümayəndələr gəldi, görüşdü, dərhal Azərbaycana ultimativ sözlər-filan. Bax, bu, bir az adama qəribə gəlir də. Nə oldu başqaları haqda olmadı, dərhal Mehmanla bağlı oldu? Və bir də, həmişə demişəm, qəzetimdə də yazmışam ki, Mehman Hüseynovu tutmaq lazım deyil. Mehman Hüseynovu o vəziyyətə salmaqda kimlərsə maraqlı olub, yəni münaqişə yaransın və bu da getsin Avropaya, ajiotaj yaradılır. Bax, o adamları həbs etmək lazımdır”.

Ana səhifəXəbərlərDeputat: Görünür Seymur Həzinin Avropada day-dayı yoxdu