Əllərində gül, dillərində dua “Günəşli” yatağında həlak olmuş insanları anırlar. Saat 12-dən başlayaraq Milli Parka tələbələr, müəllimlər, şagirdilər baş çəkirlər. Onlar həlak olan şəxslərin ailələrinin yanında olduqlarını nümayiş etdirmək üçün gəldiklərini deyirlər.
Dekabrın 4-də “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə qaz kəmərində partlayış baş verib. Həmin gün işdə olan 63 nəfərdən 32 nəfər xilas edilib. 31 nəfər itkin düşüb. Həmin şəxslərdən 8 nəfərin cəsədi tapılıb. Digər şəxslərin axtarışı davam edir.