Dələduzluqda təqsirləndirilən vəkillərin məhkəməsi başlayıb

Məhkəmə qarşısına çıxarılan vəkillərdən biri əvvəllər hakim, digəri Baş prokurorun müavini olub

Foto: Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası
Vəkillər Kollegiyası

Məhkəmə qarşısına çıxarılan vəkillərdən biri əvvəllər hakim, digəri Baş prokurorun müavini olub

Yanvarın 28-də Nəsimi Rayon Məhkəməsində 2 saylı vəkil bürosunun üzvü Tamerlan Zeynalov haqqında həbs qərarı çıxarılıb. O, dələduzluqda ittiham olunur.

İttihama əsasən, T.Zeynalov Asif Yusifovdan işi həll etmək üçün başqasına rüşvət vermək adıyla 20 min manat alaraq, onu aldadıb.

T.Zeynalov haqqında cinayət işi çoxdan başlanıb, lakin o, istintaq gedən müddətdə ev dustaqlığında olub.

Vəkillikdən əvvəl Xətai Rayon Məhkəməsinin hakimi olmuş T.Zeynalovun işi üzrə məhkəmə bu gün başlayıb.

Məhkəmənin hazırlıq iclasında prokurorun vəsatətilə onun haqqında həbs-qətimkan tədbiri seçilib.

13 saylı vəkil bürosunun üzvü olan daha bir vəkilin – Məmmədvəli Cəfərovun da məhkəməsi gedir. 150 min manatlıq dələduzluqda ittiham olunan bu vəkilin işinə isə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyilə baxılır. O, müvəkkilini həbsdən buraxdırmaq üçün Ali Məhkəməyə vermək adıyla onun oğlundan 150 min manat alıb aldatmaqda ittiham olunur.

Yanvarın 25-də isə onun işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.

M.Cəfərov əvvəllər Baş prokurorun müavini vəzifəsində işləyib.

Ana səhifəXəbərlərDələduzluqda təqsirləndirilən vəkillərin məhkəməsi başlayıb