REAL Hərəkatının icraçı katibi, iqtisadçı Natiq Cəfərli azadlığa buraxılıb.
Bu barədə məlumatı onun vəkili Cavad Cavadov yayıb. Vəkil Hakim Babək Pənahovun sədrliyi ilə keçən Nəsimi rayon Məhkəməsinin qətnaməsini də dərc edib. Məhkəmənin qərarına əsasən, Natiq Cəfərli barəsində seçilmiş həbs-qətimkan tədbiri ləğv edilib və o, dərhal azadlığa buraxılıb.
Məhkəmənin qərarı ilə bağlı açıqlama verən Cavad Cavadovun sözlərinə görə, hər şey ani və gözlənilməz olub: “Cinayət işi davam edir, yəqin ki, sabah həbslə əlaqədar olmayan qətimkan tədbiri seçiləcək”
N.Cəfərli avqustun 12-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə çağırılıb. Daha sonra Nəsimi Rayon Məhkəməsi onun barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.