Mənbə: Meydan TV

"Dedilər anbardar ol, kiminsə işdən çıxarılmağını şəxsiyyətimə sığışdırmadım"

"Dedilər anbardar ol, kiminsə işdən çıxarılmağını şəxsiyyətimə sığışdırmadım"

Əmək və əhalinin sosial müdafiəsi nazirinə etiraz edən video-müraciət yaydıqdan sonra işdən çıxarılan ikinci qrup əlil Taleh Bəşirova dəstək zənglərin ardı-arası kəsilmir. Covid-19 pandemiyası ilə bağlı hökumətin 190 manatlıq yardımının işsiz vətəndaşlardan yan keçməsinə etiraz etdiyi çıxışından sonra tikintidən uzaqlaşdırılması sosial şəbəkələrdə qınaqla qarşılandı. Bundan sonra köhnə iş yerindən onunla əlaqə yaradaraq maddi yardım edilib. Ona bildirilib ki, ikinci qrup əlil olduğundan təhlükəsizliyinə görə yüksəklikdə çalışa bilməz.

"Dedilər ki, səni anbardar və digər işlərlə təmin edə bilərik. Məni bərpa edib, başqasını işdən çıxarmağı nə vətəndaşlığıma, nə də şəxsiyyətimə sığışdırıram", - dəmirçi Taleh Bəşirov deyir.

3 övladı olan Taleh Bəşirov 18 ildir dəmirçi kimi işləməklə ailəsini dolandırır. O, 16 yaşında Qazax rayonunun sərhəd kəndində minaya düşərək bir qolunu itirib.

Qış mövsümündə ağrılarına görə işləməyi mümkünsüz olsa da, günəmuzd çalışan Taleh Bəşirov deyir onun işini hər adam görə bilmir.

İşləyib-vuruşub bu yarımtikilini ərsəyə gətirib. Ən böyük arzusu evin tikintisini tamamlayıb, bir otaqdan qurtulmaqdır. Tikinti ilə bağlı köməklik edilməsindən ötrü Qazax Rayon İcra Hakimiyyətinə, ölkə başçısına müraciətlər ünvanlayıb.

Video müraciətindən sonra isə Taleh Bəşirov diqqət mərkəzindədir. Ona sahəsi üzrə iş təklif edilib, tanımadığı insanlardan da dəstək görüb. Taleh Bəşirova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən də zəng vurulub, həmçinin bildirilib ki, vətəndaş işdən çıxarılmamalıdır.

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/6eka3a

Ən çox baxılan