”Dedi, əlin hara çatır, şikayət elə”

19 yaşlı Yaqub Quliyev yolu tək gedə bilməz. Çünki 3 yaşından sudurğası var. Birdən-birə huşunu itirir, əlləri uyuşur, özündən gedir. Deyir, bunu bilə-bilə onu bu il iyulda Yevlax rayon hərbi komissarlığından əsgərliyə yollayıblar. Vəziyyəti ağırlaşandan sonra Mərkəzi Hərbi Hospitala yerləşdirilib. 40 gün orada qalandan sonra isə təxris olunub.

Quliyevlər ailəsi Yevlax rayonunun Aşağıbucaq kəndində məcburi köçkünlərin sığınaq yeri olan bu yataqxanada yaşayır. Ailədə işləyən təkcə Yaqub Quliyevin atası İltifat Quliyevdir. O da deyir ki, oğlunu müalicə etdirməyə maddi durumu imkan vermir. İltifat Quliyevin sözlərinə görə, oğlunun hərbi xidmətə yararlı olmadığını dönə-dönə komissarlığa bildirsə də, ona məhəl qoymayıblar.

İltifat Quliyev deyir ki, oğlunun xəstə olduğuna dair bütün sənədlər əlində olsa da, onun üçün dövlətdən müavinat ala bilmir. Deyir, 19 yaşı olsa da, onu körpə uşaq kimi nəzarətdə saxlayırlar. Övladını müalicə etdirmək üçün son ümid yeri alacağı müavinatdır. Ancaq Sosial Müdafiə Fondunun həkim ekspert komissiyasından ona bildirilib ki, Yaqub Quliyev 6 ay xəstəxanada yatmalıdır.

Yevlax rayon hərbi komissarlığından Meydan TV-yə bildirilib ki, çağrılan hərbi qulluqçular mütəmadi olaraq, tam dəqiqliklə həkim yoxlamasından keçir.

Yevlax rayon Mərkəzi Xəstəxanasından isə suallarımızı cavablandırmadılar.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Meydan TV-yə bildirilib ki, vətəndaş Səhiyyə Nazirliyindən forma 88 alıb, nazirliyə müraciət etməlidir.


Kanalımıza abunə ol, daha çox video izlə –

https://goo.gl/TcM9Fm

Ana səhifəVideo”Dedi, əlin hara çatır, şikayət elə”