Ölkə başçısı İlham Əliyevin yalnız posterləri digər namizədlərlə yanaşı durur. Özü isə heç vaxt prezidenliyə namizədlərlə bir masada əyləşmir. İlham Əliyev 4-cü dəfədir prezident seçkilərinə hazırlaşır. Amma bu vaxta qədər namizədlərin heç bir teledebatlarına qatılmayıb. Onu debatlarda partiya üzvləri təmsil edir. Bəs İlham Əliyev vədlərini niyə özü söyləmir?
Prezidentliyə namizəd olan Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyir ki, təkcə İlham Əliyev yox, ondan əvvəl prezident olanlar da heç vaxt digər namizədlərlə bir masada əyləşməyiblər.
Politoloq Zərdüşt Əlizadə hesab edir ki, İlham Əliyev şəffaf seçkilər keçirmir deyə xalq qarşısında özünü məsuliyyətli bilib ona birbaşa xitab etmir.
İlham Əliyev opponentləri ilə bir masada əyləşməsə də, çıxışlarında onlara söz göndərməyi unutmur.
Yeni Azərbaycan Partiyasından açıqlama ala bilmədik. Amma 2016-cı ildə bununla bağlı sualımıza deputat Səməd Seyidov bu cavabı vermişdi: “Debatlara getmək üçün sənin qarşında normal, layiqli bir namizəd olmalıdır”.
11 apreldə Azərbaycanda nöbədənkənar prezident seçkiləri keçiriləcək. Referenduma edilən dəyişikliklə bu dəfə prezidentlik müddəti 7 il olacaq.