DÇ-2022: Xorvatiya millisi bürünc medal qazanıb

Foto: Xorvatiya – Mərakeş oyunundan

Onlar Mərakeşi məğlub ediblər

Qətərdə təşkil olunan dünya çempionatında dekabrın 17-də 3-cü yer uğrunda oyun keçirilib.

Bürünc medal uğrunda matçda Xorvatiya və Mərakeş yığmaları üz-üzə gəlib. “Xəlifə” stadionunda keçirilən oyunu qətərli FİFA referisi Əbdülrəhman Əl-Cassim idarə edib. Saat 19:00-da başlayan qarşılaşma xorvatların 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Xorvatiya millisi qələbə sayəsində ikinci dəfə dünya çempionatının üçüncüsü olub. Onlar ilk dəfə DÇ-1998-də Niderlandı 2:1 hesabı ilə məğlub edərək, bu titula sahib çıxıblar.

Mərakeş isə tairixində ilk dəfə mundialda bürünc medallar uğrunda mübarizə aparıb.

Dünya çempionatına dekabrın 18-də Argentina və Fransa komandaları arasında keçiriləcək final matçı ilə yekun vurulacaq.

Ana səhifəXəbərlərDÇ-2022: Xorvatiya millisi bürünc medal qazanıb