DÇ-2022-nin bütün yarımfinalçıları məlum olub

Foto: İngiltərə – Fransa oyunundan

Portuqaliya və İngiltərə 1/4 finalda uduzub

Qətərdə keçirilən futbol üzrə dünya çempionatında dekabrın 10-da 1/4 final mərhələsinə yekun vurulub.

Əvvəlcə Portuqaliya millisi Mərakeşi sınağa çəkib. Saat 19:00-da başlayan oyunda Mərakeş yığması daha bir sürprizə imza atıb. 1/8 finalda İspaniyanı mundialdan kənarlaşdıran Afrika təmsilçisi bu dəfə Kriştiano Ronaldolu Portuqaliyanı minimal hesabla məğlub edib. Bununla da, mərakeşlilər yarımfinala vəsiqə qazanan növbəti komanda olub.

1/4 final mərhələsinin digər matçında İngiltərə və Fransa yığmaları üz-üzə gəlib. Saat 23:00-da start götürən qarşılaşmada Fransa millisi 2:1 hesabı ilə qələbə qazanıb.

1/4 finalın digər iki oyunu dekabrın 9-da keçirilib. Xorvatiya Braziliyanı, Argentina isə Niderlandı məğlub edərək, yarımfinala yüksəlib.

DÇ-2022, yarımfinal

13 dekabr

23:00 Argentina – Xorvatiya

14 dekabr

23:00 Fransa – Mərakeş

Ana səhifəXəbərlərDÇ-2022-nin bütün yarımfinalçıları məlum olub