FHN əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə Nizami Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər
Noyabrın 28-də saat 20-21 radələrində Tovuz rayonundan olan, 1969-cu il təvəllüdlü Nizami Musayev metronun “Koroğlu” stansiyası yaxınlığında körpüyə çıxaraq intihara cəhd edib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları cəlb olunub. Onların N. Musayevlə apardıqları danışıqlar nəticəsində o fikrindən daşınıb. FHN əməkdaşları təhlükəsizlik qaydalarına əməl etməklə N. Musayevi körpüdən endirərək, aidiyyatı üzrə təhvil veriblər.