MN: Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub
Müdafiə nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, “Dağlıq Qarabağda ermənilər tərəfindən mövqelərimizin atəşə tutulmasına qarşı cavab tədbirləri görülərkən düşmən atəşindən Silahlı Qüvvələrimizin hərbi qulluqçusu Bəşirov Fikrət Nurşiravan oğlu şəhid olub”.
Şəhid olan hərbi qulluqçu Müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən ölümündən sonra “Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalla təltif olunub.
1980-ci il təvəllüdlü Bəşirov Fikrət Nurşiravan oğlu bu gün doğulduğu Astaranın Şahağacı kəndində dəfn olunacaq.
Bəşirov Fikrət Nurşiravan oğlu müddətdən artıq hərbi qulluqçu olub.