Dünən Azərbaycan ordusunun 19 yaşlı əsgəri Elvin Rüsxət oğlu Vəzirov cəbhənin Tər-tər istiqamətində “N” saylı hərbi hissələrin birində öz əsgər yoldaşı tərəfindən vurularaq öldürülüb. Cənazəni ailəsinə təhvil verən hərbçilər, hadisənin ehtiyatsızlıq ucbatından baş verdiyini deyirlər. Əsgər Qobustan rayon Hərbi Komisarlığından həqiqi hərbi xidmətə çağırılmışdı.