Daha bir dinc sakinin yaralandığı deyilir

13 yaşlı sakinin əməliyyat olunduğu bildirilir

Source:
Erməni tərəfi
Erməni tərəfi


13 yaşlı sakinin əməliyyat olunduğu bildirilir

Ermənistan silahlı qüvvələri Tovuzun Qaralar kəndini atəşə tutduğu bildirilir.

“Report”un Qərb bürosu xəbər verir ki, hadisə nəticəsində bir dinc sakin yaralanıb. Yaralanan şəxs 2004-cü il təvəllüdlü Yusifov Ramin Sabir oğludur. O, öz həyətlərində olarkən bura mərmi düşüb. Mərminin qəlpələri R.Yusifovu ağır şəkildə yaralayıb.

Bədənində çoxsaylı qəlpə yarası alan Ramin Yusifov dərhal təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. O, həkimlər tərəfindən əməliyyat olunub və vəziyyətinin orta-ağır olduğu bildirilir.

Məsələyə Müdafiə Nazirliyindən münasibət öyrənmək mümkün olmayıb.

Ana səhifəXəbərlərDaha bir dinc sakinin yaralandığı deyilir