“Dağlıq Qarabağ problemi həddindən artıq uzanıb”

İlham Əliyev Vladimir Putinlə əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik və regionda sabitlik məsələlərində əməkdaşlıq potensialının inkişafı ətrafında müzakirələr aparıb

Source:


İlham Əliyev Vladimir Putinlə əməkdaşlıq, o cümlədən regional təhlükəsizlik və regionda sabitlik məsələlərində əməkdaşlıq potensialının inkişafı ətrafında müzakirələr aparıb

 “Dağlıq Qarabağ münaqişəsi həddən artıq uzanıb və öz həllini tələb edir”.

Bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə avqustun 9-da görüş zamanı Azərbaycan prezidenti İlham Əliyev deyib.

Azərbaycanın dövlət başçısı görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinin müzakirə olunduğunu, bu münaqişənin həddən çox uzandığını və həll edilməsi olduğunu bildirib.

Prezident, son illər Azərbaycan-Rusiya münasibətlərində sabit, pozitiv dinamika müşahidə olunduğunu qeyd edib: “Biz əməkdaşlığı, o cümlədən regional təhlükəsizlik və bizim regionda sabitlik məsələlərində əməkdaşlıq potensialını inkişaf etdirmək əzmindəyik” (APA).

Ana səhifəXəbərlər“Dağlıq Qarabağ problemi həddindən artıq uzanıb”