Rusiyanın İstintaq Komitəsinin yaydığı son məlumata görə, silahlıların hücumu nəticəsində 19 nəfər ölüb:
“Onlardan 15-i polis və 4-ü mülki şəxs olub”.
Hadisə ilə bağlı 3 gün matəm elan olunub
İyunun 23-24-də Dağıstanda baş verən silahlı hücum nəticəsində ölən polislərin sayı 15-ə çatıb.
Hadisə ilə bağlı 3 gün matəm elan edilib.
Bu barədə Dağıstanın rəhbəri Sergey Melikov “Telegram” kanalında məlumat yayıb.
Onun sözlərinə görə, toqquşmalar zamanı bir neçə mülki şəxs öldürülüb:
“Həlak olan mülki şəxslər arasında keşiş Nikolay ata 40 ildən artıq Dərbənddəki pravoslav kilsəsində xidmət edirdi”.
Dünən Moskva vaxtı ilə saat 18.00 radələrində Dərbənddə naməlum şəxslər sinaqoqu və kilsəni avtomat silahlardan atəşə tutublar.
Bundan əlavə, Mahaçqalada Ermoşkina küçəsində yol polisi postu və Serqokala kəndinin mərkəzində polis əməkdaşlarının olduğu avtomobil atəşə tutulub.
Respublikanın rəhbəri Sergey Melikov deyib ki, hakimiyyət terror aktlarının təşkilinin arxasında kimin dayandığını və hansı məqsədləri güddüyünü başa düşür:
“Əvvəllər bu tədbirlərdə iştirakçıların əksəriyyəti xüsusi hərbi əməliyyatda olanlar, döyüş təmas xəttinin sərhədlərində ölkəmizi müdafiə edənlər idi. Ancaq başa düşməliyik ki, müharibə bizim evimizə gəlir. Biz bunu əvvəllər də hiss etmişik, lakin bu gün biz birbaşa bu müharibə ilə üzləşmişik”.
İlkin məlumata görə, hücum edənlər arasında Serqokala rayonunun rəhbəri Maqomed Ömərovun iki oğlu və bir qardaşı oğlu olub, onlar saxlanılıb.
Faktla bağlı terror aktı maddəsi ilə cinayət işi başlanıb.