Qırmızı qəsəbə sakini Yurik Niftəliyev yeni sədri seçilib
APA
-nın “gorskiye.ru” saytına istinadən verdiyi məlumata görə, fevralın 26-da Quba rayonu Qırmızı qəsəbədə dağ yəhudilərinin iştirakı ilə keçirilən mərasimdə 21 il icmaya rəhbərlik etmiş Boris Simanduyev yaşının çox olması səbəbindən istefasını istəyib.
İclasda Qırmızı qəsəbə sakini Yurik Niftəliyev “Dağ yəhudiləri” dini icmasının yeni sədri seçilib. 44 yaşlı Y. Niftəliyev Simferopolda Tibb Universitetində təhsil alıb və qəsəbədə əczaçı olaraq çalışır.
2013-cü ildə Boris Simundayev 80 illik yubileyini qeyd edib.
İlham Əliyev onu Azərbaycan Respublikasında xalqlar arasında dostluq münasibətlərinin inkişafındakı səmərəli fəaliyyətinə görə “Şöhrət” ordeni ilə təltif edib.