Hadisə ilə bağlı cinayət işi açılıb
Noyabrın 26-da “Arifoğlu” cüdo klubunun Şağan Olimpiya İdman Kompleksində təşkil etdiyi cüdo turnirində qətl hadisəsi törədilib.
Sumqayıt şəhər sakini Ruslan Səfixanovun şəxsi münaqişə zəminində Tural Rüstəmovu bıçaqlayaraq qətlə yetirdiyi bildirilir.
Bu barədə Gənclər və İdman Nazirliyinin mətbuat xidməti məlumat yayıb. Xəbərdə hadisənin hüquq-mühafizə orqanları tərəfindən araşdırıldığı diqqətə çatdırılıb.
Gənclər və İdman Nazirliyi gənc idmançı Tural Rüstəmovun ölümündən kədərləndiyini bildirib və mərhumun ailəsinə dərin başsağlığı verib.
“Qafqazinfo”nun məlumatına görə, cüdoçu Ruslan Səfixanov cüdo üzrə əməkdar məşqçi Elçin Səfixanovun oğludur.
Baş Prokurorluğun verdiyi məlumata görə, faktla bağlı Xəzər Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.