COVİD 19 Azərbaycanda daha 6 can aldı

Gün ərzində infeksiyaya yoluxanların sayı 352 nəfər oldu

Source: google.az


Gün ərzində infeksiyaya yoluxanların sayı 352 nəfər oldu

Azərbaycanda koronavirus infeksiyasına 352 yeni yoluxma faktı qeydə alınıb, 210 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 6 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkədə ümumilikdə 8 882 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 4 930 nəfər müalicə olunaraq sağalıb, 108 nəfər vəfat edib.

Ana səhifəXəbərlərCOVİD 19 Azərbaycanda daha 6 can aldı