COVİD 19 Azərbaycanda daha bir can aldı

108 adamda virus aşkarlanıb

Source: Архив


108 adamda virus aşkarlanıb

Oktyabrın 3-də Azərbaycanda 1 xəstə COVİD-19 infeksiyasından ölüb, 108 adam infeksiyaya yoluxub, 137 nəfər sağalıb. Bu barədə

Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb. Bildirilib ki, Azərbaycanda indiyə qədər 40 min 561 nəfər yeni koronavirus infeksiyasına yoluxub. Onlardan 38 min 354 nəfər müalicə olunaraq sağalıb, 595 pasient ölüb. Hazırda aktiv xəstə sayı 1612 nəfərdir.

Eyni zamanda, ötən müddətdə 1 milyon 132 min 327 testin apaıldığı qeyd olunub: "Bugünkü test sayı isə 5789-dur".

Ana səhifəXəbərlərCOVİD 19 Azərbaycanda daha bir can aldı