Mənbə: Meydan TV

Çörəyi sudan çıxanlar

Yevlax – Gəncə yolu kənarında hamam vannalarında üzən balıqlar… Paltar asılqanlarına oxşayan qurğularda sallanan müxtəlif növ balıqları almağa səsləyən gənclər... Bəzən müştərini cəlb etmək üçün balıqları əllərinə alıb müxtəlif hərəkətlərlə maşınlara balıq yelləyən insanlar…

Bunlar bir fotoqraf, yaradıcı insan üçün çəkici və yaddaqalıcı görüntü ola bilər. Ancaq bu görüntülər həmin kəndlərin sakinlərinin güzəranını göstəricisidir.

Satıcılar Kür və Qatabağ kanalından tutduqları balıqları növlərinə görə müxtəlif qiymətlərə verirlər. Beş, səkkiz, on bir manata da balıqlar var.

Ramin adlı satıcı neçə ildir ki, bu cür mövsümi işlə məşğuldur. Yayda meyvə, qışda balıq satmaqla iki balasını, ailəsini dolandırmağa çalışır. Dediyinə görə, bəzən elə gün olur ki, çox balıq satır və evə yaxşı pul aparır. Bəzən heç qəpik də olmur.

Səhər işıqlaşandan axşam düşənə kimi Yevlax-Gəncə yolunun kənarında dayanan bu insanlar bir gün daimi iş yerlərinin olacağı ümidi ilə hər səhər yuxudan oyanırlar.

Balıqçılar

Balıqçılar

Mənbə: Meydan TV

Balıqçılar

Balıqçılar

Mənbə: Meydan TV

Balıqçılar

Balıqçılar

Mənbə: Meydan Tv

Balıqçılar

Balıqçılar

Mənbə: Meydan TV

Balıqçılar

Balıqçılar

Mənbə: Meydan Tv

Balıqçılar

Balıqçılar

Mənbə: Meydan TV

Balıqçılar

Balıqçılar

Mənbə: Meydan TV

Balıqçılar

Balıqçılar

Mənbə: Meydan TV

Balıqçılar

Balıqçılar

Mənbə: Meydan Tv

Balıqçılar

Balıqçılar

Mənbə: Meydan Tv

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Bölmələr:  
qısa linklər:   http://mtv.re/3hnygu

Ən çox baxılan