Kerri tərəfləri atəşkəs rejiminin şərtlərinə hörmət etməyə, Azərbaycan və Ermənistan cəmiyyətinin sülhə hazırlaşdırılması üçün əlavə təbdirlər görməyə cağırıb
Sentyabrın 5-də ABŞ dövlət katibi Con Kerrinin prezidentlər İlham Əliyev və Cerj Sarkisyanla görüşünün yekunları ilə bağlı Dövlət Departamenti bəyanat yayıb.
Bəyanatda deyilir: “Dövlət katibi Kerri bu yaxınlarda təmas xəttində baş verən və 1994-cü ildən bu yana atəşkəs rejimi ərzində ən qanlı hesab edilən toqquşma ilə bağlı ciddi narahatlığını bildirib.
Vaşinqton inanır ki, döyüşlərin dayandırılması və Ermənistanla Azərbaycan arasında əlaqələrin normallaşması iki ölkənin xalqlarına sülh və əmin-amanlıq gətirəcək, Cənubi Qafqaz regionunda stabilliyi təmin edəcək.
Bütün məsələləri nəzərə alaraq, Kerri tərəfləri atəşkəs rejiminin şərtlərinə hörmət etməyə, Azərbaycan və Ermənistan cəmiyyətinin sülhə hazırlaşdırılması üçün əlavə təbdirlər görməyə cağırıb.
ABŞ dövlət katibi iki ölkəni münaqişənin sülh yolu ilə həlli üçün ATƏT-in Minsk Qrupu həmsədrləri ilə aparılan işi davam etdirməyə çağırıb.
Kerri həmçinin prezidentlərin münaqişənin tənzimlənməsinin əsas məsələləri üzrə dialoqu davam etdirmək barədə razılığını alqışlayıb”.