Coğrafiya İnstitutunun direktoru: Azərbaycanda savadlı jurnalist yoxdur

Akademikin jurnalistləri təhqir etdiyi deyilir

Source:

AMEA-nın akademik H.Əliyev adına Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədovun Modern.az xəbər saytının müxbiri ilə danışarkən təhqiredici ifadə işlətdiyi

deyilir

.

“Siz jurnalistlər hamınız məni biabır etmisiniz. Nə açıqlama verəcəm?! Azərbaycan jurnalistləri “bezdarnı”, savadsız, heç nəyə yarayan deyillər. Azərbaycanda bir dənə də olsun jurnalist yoxdur.

Bayaq “küçük” sözü dedim haaa, Azərbaycandakı jurnalistlər o sözdən artığına layiq deyillər. Elə beləcə də yaz!”

Məsələ sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib.

R.Məmmədov “Report”-a açıqlamasında dediklərini inkar

etməyib

.

“Mən gördüyümü deyirəm. Mən son bir neçə ildə savadlı jurnalistə rast gəlməmişəm, bir “küçük” də məni biabır edib. Bu sözü demişəm, yenə sözümün üstə dururam. Siz nədən narazısız?”

Akademik həmin jurnalistin kim olduğunu bilmədiyini deyir:

“Beş-altı nəfər birdən müsahibə götürürdü, onların içindən biri yazıb. Mən nə bilim hansıdır? Bir-bir soruşası deyiləm ki… Hələ bir “başdan-qrija” var, qeyri-hökumət təşkilatının rəhbəri var, Telman Zeynalov, onun mənim haqqımda qiymətləndirilməsi verilib: “Ölsün yerə girsin, bu akademik”. Dediyi sözlərə bir bax!

Mən deyirəm də bu sözü. Siz də yazın daaa… Yaz ki, Ramiz müəllim düz eləmir! Sən de görüm hansı jurnalistin analitik yazısına rast gəlmisən?! Jurnalistin qabiliyyəti onun analitik yazı vermə qabiliyyətidir. Varmı elə jurnalist, Azərbaycanda?

Mənim şəxsi fikrim budur ki, Azərbaycanda savadlı jurnalist yoxdur. Təkrar edirəm yenə də, Azərbaycanda savadlı jurnalist yoxdur… Gedin verin məni məhkəməyə”.

Məsələyə münasibət bildirən deputat, Mətbuat Şurasının sədri Əflatun Amaçov isə akademikin rəftarını qınayıb:

“Yazılanlar doğrudursa, yəni peşə fəaliyyətini yerinə yetirən jurnalist Ramiz Məmmədova hansısa məsələ ilə əlaqədar fikir öyrənmək üçün müraciət edibsə, qarşılığında söyüş və təhqir eşidibsə, bu, bir elm adamı üçün qətiyyən yolverilməzdir, qəbuledilməzdir, biabırçılıqdır, alimə yaraşmayan hərəkətdir”.

Mətbuat Şurasının sədri deyib ki, Milli Elmlər Akademiyasının rəhbərliyi bununla bağlı ciddi ölçü götürəcək.

Ana səhifəXəbərlərCoğrafiya İnstitutunun direktoru: Azərbaycanda savadlı jurnalist yoxdur