Çinli rəssam həbsdə olan NİDA-çının rəsmini çəkdi

Məmməd Əzizov 2014-cü ildə 7 il 6 ay müddətinə həbsə məhkum olunub

Source:


Məmməd Əzizov 2014-cü ildə 7 il 6 ay müddətinə həbsə məhkum olunub

Dünyaca məşhur çinli rəssam Ai Wei Wei NİDA-çı, vicdan məhbusu Məmməd Əzizovun bu şəklini instagram profilində paylaşıb. Şəkillə bərabər paylaşdığı mətnin ingilis dilinə tərcüməsini təqdim edirik:

“Qeyri-qanuni narkotik maddə saxlama və ictimai qaydanı pozmağa yönəlmiş hərəkətlərin planlaşdırılmasında iştirak etməkdə təqsirləndirilərək həbs olunub. Əzizov sosial mediada fəal olan NİDA Hərəkatının üzvüdür. İnsan hüquqları təşkilatları hesab edirlər ki, Azərbaycanda tənqidi səsləri boğmaq üçün qondarma narkotik ittihamlarından istifadə edilir. Əzizov 2014-cü ildə 7 il 6 ay müddətinə həbsə məhkum olunub”.

Ana səhifəXəbərlərÇinli rəssam həbsdə olan NİDA-çının rəsmini çəkdi