Çində asimptomatik halların sayı artır

Asimptomatik vəziyyətdə olan 705 nəfər Çində tibbi nəzarətdə saxlanılır

Source: Foto: https://ru.euronews.com/


Asimptomatik vəziyyətdə olan 705 nəfər Çində tibbi nəzarətdə saxlanılır

Çində bazar günündən etibarən 39 yeni koronavirusa yoluxma halı qeydə alınıb. “Reuters” xəbər verir ki, hökumətin epidemiyanın qarşısını almaq üçün atdığı mübarizə addımlarına baxmayaraq, asimptomatik halların sayı artır.

Milli Səhiyyə Komissiyası (NHC) bazar ertəsi günü bildirib ki, bazar gününün sonu 78 yeni asimptomatik hal aşkarlanıb. Bir gün öncə bu rəqəm 47 olub.

Hazırda heç bir simptom göstərməyən, ancaq xəstəliyi digərlərinə ötürə bilən asimptomatik xəstələr Çinin əsas narahatlıq mənbəyidir. Çində həyata keçirilmiş qorunma tədbirləri ümumi infeksiya səviyyəsini azaltmağa kömək edib.

NHC sözçüsü Mi Feng mətbuat konfransında deyib: “Qonşu ölkələrdən gətiriləm xəstəlik halları artmaqdadır”. O, həmçinin deyib ki, Çin ayıq olmalı və epidemiyanın yenidən baş qaldırmasının qarşısını almalıdır.

Xəstəliyin ilkin mənbəyi olan Hubei əyaləti yeni asimptomatik halların yarısını əhatə edir. Asimptomatik vəziyyətdə olan 705 nəfər Çində tibbi nəzarətdə saxlanılır.

Çin yalnız keçən həftə asimptomatik halların artması ilə bağlı xəbər verib. Bununla yanaşı yanvar ayından etibarən bağlı olan Vuhan şəhərinə aprelin 8-dən etibarən insanlar giriş-çıxış edəcəklər.

Hubei iqtisadiyyatı yenidən bərpa etmək üçün keçən aydan etibarən səyahət qadağalarını yüngülləşdirməyə çalışır.

Rəsmi “Sinhua” xəbər agentliyinin bazar ertəsi verdiyi bir xəbərə görə, Vuhan rəsmiləri asimptomatik halların ortaya çıxması və digər təyin olunmamış səbəblər üzündən 45 yaşayış birləşməsinin “epidemiyadan azad olma” statusunu ləğv edib.

“Epidemiyadan azad olma” statusu Vuhanın yaşayış yerlərində insanlara gündə iki saat evlərini tərk etmələrinə imkan verir.

Çində indiyədək 3,331 nəfər ölüb və ümumilikdə 81,708 yoluxma hadisəsi baş verib.

Ana səhifəDünyaÇində asimptomatik halların sayı artır