Ceyranbatan su anbarına çirkab suları axır?

Bura hər yağışda gölü xatırladan Biləcəri, Binəqədi yolları deyil. Bakı və Sumqayıt şəhərlərini içməli su ilə təmin edən Ceyranbatan su anbarının ətrafıdır. Ətrafı üfunət qoxusu bürüyüb. Burada yaşayanlar deyir ki, yağış yağan kimi su anbarının ətrafında gölməçələr yaranır. Bəs ətrafda olan quyulardan daşıb axan suyular içməli suya qarışmırmı?

Ceyranbatan su anbarı iç­mə­­li və texniki suya tələbatın kəskin artması ilə əlaqədar olaraq 1955-ci ildə yaradılıb. Su anbarının sututumu 186 mln m³, faydalı həcmi 150 mln. m³-dur. Qidalanma mənbəyi təkcə Samurçay, Vəlvələçay və Qudyalçay çayları olan Samur-Abşeron kanalıdır. Ancaq baxanda müəyyənləşdirmək olmur su anbarının qidalanma mənbəyi Samur-Abşeron kanalıdır, ya yağışda bura axan çirkab suları?

“Azərsu”dan Meydan TV-yə bildirilib ki, bu məsələnin onlara heç bir aidiyyatı yoxdur.

Eyyub Hüseynov vurğulayır ki, su anbarının təhlükəsizliyinə Fövqəladə Hallar Nazirliyi cavabdehdir. Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən məsələyə münasibət öyrənmək mümkün olmadı.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov təhlükənin olduğunu deyir.


Kanalımıza abunə ol, daha çox video izlə –

https://goo.gl/TcM9Fm

Ana səhifəVideoCeyranbatan su anbarına çirkab suları axır?