”Çexiya Azərbaycana silah satmayıb”

Milan Ştex: ”Çex silahının Azərbaycana necə düşməsini bilmirəm”

Source:
Milan Ştex
Milan Ştex


Milan Ştex: ”Çex silahının Azərbaycana necə düşməsini bilmirəm”

“Sizi əmin etmək istəyirəm ki, Çexiya münaqişəyə cəlb edilən ölkələrə qarşı silah embarqosuna hörmətlə yanaşır. Çex silahının Azərbaycana necə düşməsini bilmirəm. Amma sizi əmin etmək istəyirəm ki, Çexiya hakimiyyəti buna razılıq verməyib”.

Azadlıq Radiosu Ermənistan xidmətinin məlumatına görə, bunu Çexiya senatının sədri Milan Ştex oktyabrın 4-də ölkə parlamentində keçirdiyi brifinqdə deyib. Onun sözlərinə görə, ölkəsi Azərbaycana silah satmayıb.

Yerli KİV Azərbaycanla Türkiyənin keçirdiyi sonuncu birgə hərbi təlimlərdə Çexiya istehsalı olan “Dana” adlı qaubitsalardan da (özü yeriyən artileriya qurğusu) istifadə edildiyini yazıb.

Çexiyanın xarici işlər nazirliyi də bundan əvvəl AzadlıqRadiosu Ermənistan xidmətinin sorğusuna cavab olaraq, Praqanın, ümumiyyətlə, son illərdə Azərbaycana silah satışına lisenziya vermədiyini deyib.

Ana səhifəXəbərlər”Çexiya Azərbaycana silah satmayıb”