Avtomobillərdən səsgücləndiricilər və magnitofonlar oğurlanıb
Bakıda Yol Polisi İdarəsinin cərimə meydançasında saxlanılan avtomobillər qarət edilib.
APA yazır ki, olay Nizami rayonu ərazisində yerləşən 11 saylı cərimə meydançasında olub. Qaydaları pozduqları üçün oraya gətirilən 3 ədəd “VAZ-2107” və 1 ədəd VAZ-21011” markalı avtomobillərdən səsgücləndiricilər və magnitofonlar oğurlanıb.
Faktla bağlı Nizami rayon Polis İdarəsi tərəfindən araşdırma aparılır.