Cəmil Həsənli adından yayılan müraciətləri təxribat adlandırdı

“Yayılan müraciətlərin mənə heç bir aidiyyatı yoxdur”

Source:


“Yayılan müraciətlərin mənə heç bir aidiyyatı yoxdur”

Demokratik Qüvvələrin Milli Şurasının sədri, professor Cəmil Həsənlinin Facebook səhifəsində 15 mart mitinqi ilə bağlı müraciətlər yayılıb. Müraciətlər “Mitinqə gəlməyin, sizi polislərə döydürəcək və həbs etdirəcəklər” tezisi ilə başlayır.

Milli Şura sədri Cəmil Həsənli Meydan TV-yə açıqlamasında bildirib ki, o, heç bir müraciət yaymayıb və bunlar hakimiyyətin müvafiq strukturlarının təxribatıdır.

Cəmil Həsənli deyib ki, onun Facebook səhifəsini dağıdıb adından açıqlama yayıblar: “Yayılan müraciətlərin mənə heç bir aidiyyatı yoxdur. Müraciətlərdə haqqında söhbət gedən məsələlərin hamısı uydurmadır. Bu müraciətləri yaymaqda məqsəd mitinqin kütləviliyinin qarşısını almaq məqsədi daşıyır. Hesab edirəm ki, təxribatı müvafiq dövlət orqanları həyata keçiriblər”.

Ana səhifəXəbərlərCəmil Həsənli adından yayılan müraciətləri təxribat adlandırdı