Cəhbəçi gəncin müəmmalı saxlanması

Facebookda əsgər ölümləri ilə bağlı aksiya məqsədi ilə event yaradan gənc polisə aparıldıqdan sonra aqbəti açıqlanmır.

Source:


Facebookda əsgər ölümləri ilə bağlı aksiya məqsədi ilə event yaradan gənc


polis


ə aparıldıqdan sonra aqbəti açıqlanmır.

AXCP-nin gənc üzvü Ruslan Nəsirli avqustun 2-də polis tərəfindən saxlanılsa da, bunun dəqiq səbəbləri hələ də açıqlanmayıb. O, cəbhə xəttində intensivləşən döyüşlərdə əsgərlərimizin həlak olmasına etiraz məqsədi ilə aksiya təşkil etmək istəyirmiş. Elə onun həbsi də Facebook-da “Ali Baş Komandan Xalqa cavab ver!” adlı event yaratmasının ertəsi gününə təsadüf edib. Partiya sədrinin müşaviri Məmməd İbrahimin Meydan TV-yə verdiyi məlumata görə, sözügedən gənci saxlamaq üçün onun atası girov götürülüb:

“Ruslan həmin gün işdə olub, onu tapa bilməyiblər deyə, Salyanda yaşayan atasını saxlayıb Bakıya gətiriblər. Sonra Ruslana zəng edib deyiblər ki, atanın azad olunmağını istəyirsənsə polisə gəl. Ruslanı saxladıqdan sonra atası Şamil Nəsirovu sərbəst buraxıblar. Lakin Daxili İşlər nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə “Azadlıq” qəzetinin saytına deyib ki, guya hansısa şikayət əsasında saxlayıblar, bir ay həbs verilib. Amma sonradan həbsi danıb. Biz hələ də Ruslanın harda olduğunu, nə üçün saxlandığını, barəsində həbs verilib-verilmədiyi haqda dəqiq heç nə bilmirik”.

Ehsan Zahidov Meydan TV-yə müsahibəsində bildirdi ki, Ruslan Nəsirli bir nəfər vətəndaşın şikayəti əsasında Bakı şəhər Baş Polis Idarəsi tərəfindən saxlanılıb və o xırda xuliqanlıqda ittiham olunur:

“Mən dəqiq bilmirəm şikayətçi vətəndaş kimdir. Polis İdarəsi sənədləri hazırlayıb verib məhkəməyə. Məhkəmə bizim səlahiyyətimizdə deyil, mən bilmirəm hansı məhkəməyə verilib sənədlər. Kim deyirsə atasını girov götürüblər, düz danışmır. Oğlunu tapa bilməyəndə valideynlərdən soruşmalıdılar da”.

Ruslan Nəsirlinin atasının azadlığı müqabilində polisə təslim olması tələbinə gəlincə isə Ehsan Zahidov belə deyir:

“Atadır də, oğlunun polisə işi düşüb, o da gəlib ki, görsün nə məsələdi. Heç kim onu zorla gətirməyib Bakıya”.

AXCP sədrinin müşaviri Məmməd İbrahim isə deyir ki, ola bilsin ki, Ruslan Nəsirlini həbs etməsinlər və bu saxlanmanın məqsədi gənc fəalı hökümətlə iş birliyinə sövq etməkdir:

“Bir müddət əvvəl digər bir gənc üzvümüz olan Türkel Əlisoyu da bu cür 3 sutka saxladılar. Ona təzyiq edib Cəbhədən hökümətə işləməyi tələb edirdilər”.

Ruslan Nəsirli Facebook-da “Ali Baş Komandan Xalqa cavab ver!” adlı event yaradaraq avqustun 3-də saat 13-də Fəvvarələr Meydanında etiraz aksiyasınin təşkil etmək istəyirdi. Etirazın səbəbi kimi cəbhədə son günlər yaranmış gərginliklə bağlı Azərbaycan Ordusunun ciddi itkilər verməsi göstərilirdi. Lakin aksiya baş tutmadı.

Ana səhifəXəbərlərCəhbəçi gəncin müəmmalı saxlanması