Cəbrayılın işğal günü

23 Avqustda Cəbrayılın işğalından 23 il ötür. Bu münasibətlə hər il olduğu kimi Cəbrayıl sakinləri Bakıda Şəhidlər Xiyabanını ziyarət edib. Ziyarətə rayon sakinləri və keçmiş Qarabağ müharibəsi iştirakçıları qatılmışdılar. Keçmiş Qarabağ müharibəsi veteranı Vaqif Əliyev vurğulayıb ki, “bu ilin aprelində olan döyüşlərdən sonra insanlarda, cəmiyyətdə inam yaranıb ki, işğal altında olan torpaqları azad etməliyik”. Bununla belə keçmiş döyüşçü fikirləşir ki, xalq özü ayağa qalxıb müharibə tələb etməlidir: “Bu gün kimlərsə vəd verir, iki rayon qayıdacaq, beş rayon qayıdacaq, bunlar boş-boş söhbətlərdir. Birdəfəlik xalq ayağa qalxmalı və Ali Baş Komandanından “Müharibə et”tələbi etməlidir”.

Ziyarətə gələnlər əllərində müxtəlif şüarlar və plakatlar tutublar. Cəbrayılın kəndlərinin siyahısı, döyüş zamanı şəhid olan bəzi Cəbrayıl sakinlərinin şəkilləri və digər tanıtım materialları Şəhidlər Xiyabanında nümayiş olunub. Ziyarətə gələnlər şəhidlərin ruhuna dualar oxuyub, adlarını anıb, onları yad ediblər. Azərbaycan himni oxunduqdan sonra ziyarət sona çatıb.

Ana səhifəVideoCəbrayılın işğal günü