Oktyabrın 4-də Ali Baş Komandan İlham Əliyev Cəbrayıl şəhərinin və rayonun bir neçə kəndinin azad edildiyin elan etdi. Həmin xəbəri televiziyadan eşidən Cəbrayıl sakini Əli Məcid sevincini izah etməkdə çətinlik çəkir. “Yaşanan duyğunun adı bilmirəm nədir. Bilmirəm qürurdur, fərəhdir, amma o qədər xoş bir duyğudur ki… İçində 30 il bu yanğı ilə yaşayan adamlar onun nə olduğunu bilərlər. Bir yükdən, bir töhmətdən, minnətdən qurtulmaq kimidir. 30 il zülmət bir məhbəsdən qurtulmaq kimidir”.
Yayımlandı: 5 Oktyabr 2020 14:00