Cəbhəyanı ərazilərdə yaşayanlara dəyən ziyan ödəniləcək

Əli Əhmədov: “Uçan bütün evlər yenidən tikiləcək, zərərçəkən bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar”

Source:
Əli Əhmədov

Əli Əhmədov: “Uçan bütün evlər yenidən tikiləcək, zərərçəkən bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar”

“Aprel ayında cəbhədə baş verən hadisələr zamanı insanlara dəyən ziyanın ödənilməsi, dağıntıların aradan qaldırılması üçün Azərbaycan hökuməti zəruri olan bütün tədbirləri hər zaman olduğu kimi görür və bundan sonra da görəcək”.

“Report” xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında baş nazirin müavini, hakim Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov deyib.

Onun sözlərinə görə, bununla bağlı hökumətin müvafiq tədbirlər planı var: “Uçan bütün evlər yenidən tikiləcək, zərərçəkən bütün vətəndaşlar lazım olan dövlət yardımını alacaqlar. Bununla bağlı kiminsə şübhəsi olmasın. Azərbaycan hökumətinin imkanları var ki, ermənilərin vəhşicəsinə atdığı top atəşlərindən zərər çəkmiş bütün evləri əvvəlkindən də daha yaxşı vəziyyətdə təmir edib sakinlərə təhvil versin”.

Ana səhifəXəbərlərCəbhəyanı ərazilərdə yaşayanlara dəyən ziyan ödəniləcək