Cəbhədə iri silahlar işə düşüb

Müdafiə Nazirliyi: ”Atəşkəs 51 dəfə pozulub”

Source:


Müdafiə Nazirliyi: ”Atəşkəs 51 dəfə pozulub”

Ermənistan silahlı bölmələri gün ərzində cəbhənin müxtəlif istiqamətlərində atəşkəsi 51 dəfə pozub. Məlumatı Müdafiə Nazirliyi yayıb.

Bu zaman 60, 82 millimetrlik minaatanlardan və iriçaplı pulemyotlardan istifadə edildiyi bildirilir.

“Ermənistanın İcevan rayonundan Qazaxın Quşçu Ayrım, Bala Cəfərli kəndləri, Berd bölgəsindən Tovuzun Əlibəyli, Ağbulaq kəndləri, Krasnoselskdan Gədəbəydəki mövqelərimiz atəşə tutulub”, – məlumatda qeyd edilir.

Nazirlik bildirir ki, Tərtərin işğal altında olan Çiləbürt, Ağdamın Sarıcalı, Novruzlu, Xocavəndin Kuropatkino, Füzulinin Qorqan, Horadiz, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Goranboy istiqamətində də Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri hədəfə alınıb.

“Əməliyyat şəraitinə uyğun olaraq Azərbaycan ordusu adekvat cavab tədbirləri görüb”, – deyə məlumatda bildirilir.

Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi, ona bitişik 7 rayon və bəzi əlavə kəndlər işğal edilib.

2016-cı ildə, əvvəlki illərlə müqayisədə, cəbhədə atəşkəs halları daha çox pozulub. Həmin il aprelin 2-dən 5-nə kimi hətta cəbhədə iri silahların işə düşməsi nəticəsində hər iki tərəf itkilər verib. Aprelin 5-də Moskvada qərargah rəislərinin görüşündə hərbi əməliyyatların dayandırılması ilə bağlı razılıq əldə edilib. Hələ də, tərəflər bir-birini atəşkəs pozuntusunda günahlandırır. Son günlər isə cəbhədə iri silahların işə düşdüyü deyilir.

Ana səhifəXəbərlərCəbhədə iri silahlar işə düşüb