Cəbhəçiyə 25 sutka həbs cəzası verildi

Qədim Bəkirov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddәsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham olunub

Source:


Qədim Bəkirov İnzibati Xətalar Məcəlləsinin 535-ci maddәsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham olunub

Avqustun 19-da AXCP Suraxanı rayon şöbәsinin fәalı Qәdim Bәkirova yerli mәhkәmәnin qәrarı ilә 25 sutka hәbs cәzası verilib. O, İnzibati Xətalar Məcəlləsinin 535-ci maddәsi (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) ilə ittiham olunub.

Məlumatı AXCP Gənclər Komitəsi yayıb.

Qədim Bəkirov avqustun 18-də yaşadığı mənzildən aparılıb.

Bu barədə AXCP Gənclər Komitəsinin yaydığı bəyanatda bildirilir ki, avqustun 18-də günorta saatlarına doğru Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları təşkilatın Suraxanı rayon şöbəsinin üzvü Qədim Bəkirovun yaşadığı evə gələrək, onun qardaşını girov götürüblər. Daha sonra isə Qədim Bəkirovun idarəyə gəlməsi tələb edilib. Bir neçə dəqiqə sonra hadisədən xəbərdar olan Q.Bəkirov polis idarəsinə gedib və indiyə qədər ondan heç bir məlumat yoxdur.

Ana səhifəXəbərlərCəbhəçiyə 25 sutka həbs cəzası verildi