Cəbhəçi gəncin həbs təhlükəsi var

İlkin İsmayıllının sözlərinə görə, səbəb onun siyasi fəaliyyəti və Facebook-da sərt yazılarıdır

Source:
İlkin İsmayıllı
İlkin İsmayıllı
İlkin İsmayıllı
İlkin İsmayıllı


İlkin İsmayıllının sözlərinə görə, səbəb onun siyasi fəaliyyəti və Facebook-da sərt yazılarıdır

AXCP Gənclər Komitəsinin İdarə Heyətinin üzvü İlkin İsmayıllı polis təzyiqinə məruz qalıb. Bu barədə Meydan TV-yə İlkin İsmayıllı özü məlumat verib. Onun sözlərinə görə, fevralın 24-də Xətai rayonu, 35-ci polis bölməsinin sahə rəisi “profilaktik” söhbət üçün onu yanına çağırıb. Amma cəbhəçi gənc bildiriş sənədi göndərilməsə, bölməyə getməyəcəyini deyib. Hazırda sıravi polislər onun yaşadığı mənzildədirlər.

O, 2014-cü ilin noyabr ayında artıq bir dəfə “polisə müqavimət” maddəsilə həbs edilib. İ.İsmayıllının dediyinə görə, həbsdən çıxandan sonra da yaxınlarına təzyiqlər davam edib və onları iş yerlərini itirəcəklərilə hədələyiblər.

“Səbəb mənim siyasi fəaliyyətim və Facebook-da sərt yazılarımdır”-deyə İlkin İsmayıllı söyləyib.

Ana səhifəXəbərlərCəbhəçi gəncin həbs təhlükəsi var