“CBC FM” Qarabağda regional radio kanalı açacaq

Müsabiqə çərçivəsində 7 iddiaçının Şuraya sənədlərini təqdim etdiyi qeyd olunub

Source: google.az


Radio müsabiqənin qalibi olub

Milli Televiziya və Radio Şurası (MTRŞ) Qarabağda regional radio kanalının açılması üçün elan olunan müsabiqənin nəticələrini elan edib.

Qurumun aprelin 7-də keçirilən

iclas

ında bildirilib ki, digər iddiaçılarla müqayisədə müxtəlif dillərdə yayım aparmaq üçün üstün imkanlara, daha münasib maddi-texniki bazaya və peşəkar kadr potensialına "Caspian İnternational Broadcasting Company" Məhdud Məsuliyyətli Cəmiyyəti ("CBC FM" radio kanalı) malikdir. Buna görə “CBC FM” müsabiqənin qalibi elan edilib.

Müsabiqə çərçivəsində 7 iddiaçının Şuraya sənədlərini təqdim etdiyi qeyd olunub:

“Bu sıraya "Real Təhlil İnformasiya Mərkəzi" MMC; "Caspian İnternational Broadcasting Company" MMC; "Balans Studiyası" MMC; "İNS ÇM" MMC; "İsti Press" MMC; "Azad Azərbaycan" Müstəqil Teleradio kompaniyası və "ARB 24" MMC”.

Ana səhifəSosial“CBC FM” Qarabağda regional radio kanalı açacaq