Çavuşoğlu: Səfir səviyyəsində işdən çıxarılanlar olacaq

“Səhvimizi minimuma endirmək üçün çox ciddi çalışırıq”

Mənbə: Türkiyə Xarici İşlər Naizrliyi

“Səhvimizi minimuma endirmək üçün çox ciddi çalışırıq”

“Fətullahçı terror təşkilatının hərbi çevriliş cəhdindən sonra Türkiyə Xarici İşlər Nazirliyində səfir səviyyəsində vəzifədən çıxarılmalar olacaq”.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Habertürk” kanalına müsahibəsində deyib.

Vaxtilə Türkiyə XİN-ə qəbul imtahanının sual və cavablarının FETÖ üzvlərinə verildiyini söyləyən M. Çavuşoğlu bu şəkildə nazirliyə ciddi sızmaların baş verdiyhini bildirib: “Başqa qurumlardan bizim nazirliyə kadrlar gətirilib və əsas vəzifələrə yerləşdirilib”.

M. Çavuşoğlu bildirib ki, bu şəxsləri təsbit etmək üçün nazirlik araşdırmalarını davam etdirir: “Səhvimizi minimuma endirmək üçün çox ciddi çalışırıq”.

Ana səhifəXəbərlərÇavuşoğlu: Səfir səviyyəsində işdən çıxarılanlar olacaq