Can Dündar qiyabi 27 il yarım həbs cəzası alıb

Jurnalistin vəkilləri prosesə qatılmayıb

Source:


Jurnalistin vəkilləri prosesə qatılmayıb

Casusluqda və silahlı terrorçu təşkilata yardımda təqsirləndirilən türkiyəli jurnalist Can Dundara qiyabi hökm oxunub. “Reuters”in

məlumatına

görə, Can Dündar 27 il yarım həbs cəzasına məhkum edilib.

Onun vəkilləri məhkəmənin son iclasına qatılmaqdan imtina ediblər. Hökmü siyasi mötivli qərar hesab edən vəkillər prosesdən əvvəl yazılı bəyanat yayıblar. Həmin bəyanatda deyilir:

“Öncədən çıxarılmış siyasi hökmün legitimləşdirilməsinin bir hissəsi olmaq istəmirik”.

Can Dündar “Cumhuriyet” qəzetinin keçmiş baş redaktorudur. 2016-cı ildə o və həmkarı Erdem Gül beş illik həbsə məhkum ediliblər. Onlar Türkiyə kəşfiyyatının Suriyaya silah göndərdiyi iddia olunan videonu dərc etdiklərinə görə hədəfə alınıblar. 2018-ci ildə apelyasiya məhkəməsi həmin cəzanı ləğv edərək daha da sərtləşdirilməsi üçün yeni qərar çıxarıb. 2019-cu ildə yenidən məhkəmə başlanıb. Can Dundarın vəkilləri ədalətli məhkəmə prosesinin təmin olunması üçün hakimlərin dəyişdirilməsini istəsə də, vəsatət rədd edilib. İstanbul məhkəməsi Dundarın Türkiyədəki aktivlərini müsadirə edib.

“Sərhədsiz Reportyorlar” Təşkilatının builki Mətbuat Azadlığı İndeksində Türkiyə 180 ölkə içində 154-cü olub.

Mərkəzi Nyu-Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (CPJ) tərəfindən açıqlanan

hesabatda

Türkiyə bu il peşə fəaliyyəti səbəbilə həbs edilən jurnalistlərin sayına görə ikinci yerdədir. Bu ölkədə hazırda 37 jurnalist həbsdədir.

Ana səhifəXəbərlərCan Dündar qiyabi 27 il yarım həbs cəzası alıb